Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır
01 İyn 2020 14:12
185

Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır

Bu gün Azərbaycanda mövcud olan sosial təminat növlərinin bir hissəsi (10-dan çoxu) uşaqlarla bağlıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, hazırda 83 min ailə üzrə 350 mindən çox ailə üzvü ünvanlı dövlət sosial yardımı alır ki, onlardan 185 minə yaxını uşaqlardır. 

Həmin ailələrdəki 1 yaşadək uşaqlara aylıq müavinət də verilir. 

Ailə başçısını itirmiş ailələrə buna görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin onların 95 faizdən çoxunu uşaqlar təşkil edir. Ümumilikdə sosial təminat növləri üzrə ödəniş edilənlərin 600 minə qədərini uşaqlar təşkil edir.

2019-cu ildə dövlət başçısının Fərmanları ilə bu ödənişlər ciddi şəkildə artırılıb. O cümlədən, sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinətin 82 manatdan 150 manata çatdırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, qəyyumlar üçün müavinət hər uşağa görə 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

Oxşar xəbərlər