Sosial yardım alanların NƏZƏRİNƏ!: Artmasını istəyirsinizsə bunu edin

saytların hazırlanması

Evə çatdırılma

Sosial yardım alanların NƏZƏRİNƏ!: Artmasını istəyirsinizsə bunu edin

Sosial

26 Yanvar 2024 12:36 3469


“Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır. Yəni əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun yardım məbləği də artırılacaqmı?”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir: Pepperoni pizza

“Yəni ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər.

Bununla yanaşı, ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa başlayan ailə yardım məbləğini necə artıra bilər? Qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər. Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə, o halda yenidən müraciət hüququna malikdir. Bununla həmin ailə daha çox məbləğdə yardıma müraciət edə bilər. Həmin ailə elektron kabinet üzərindən yardımın dayandırılması və yenidən müraciəti həyata keçirməlidir.

Bütövlükdə ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də imkanlar yaradır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elmin
    Salam mən 2023 ci ildən sosial alıram ama yanvarda aldım artım olmadı
    2 years ago