“Şou-biznesdə xoruzlar çoxdur”   - Tolik

saytların hazırlanması

Evə çatdırılma

“Şou-biznesdə xoruzlar çoxdur” - Tolik

Şou

18 Yanvar 2021 17:52 1068


"Şou-biznesdə toyuq və xoruzlar çoxdur. Bəzi sənətçilər bir az xoruzlanan kimi hasarın o biri tərəfindən baxıb, susdururam”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) “Fəlidən doğru xəbər” verilişində qonaq olarkən deyib.

Prodüser şou-biznes nümayəndələrini təhqir etməkdən çəkinməyib: Pepperoni pizza

“Bəzi sənətçilər bir az xoruzlanan kimi hasarın o biri tərəfindən baxıb, susdururam. Onu da qeyd edim ki, şou-biznes camisində ildə 2-dəfə və hər gün yumurtlayan toyuqlar var. Yəni müğənnilərin bəziləri bir ildə 2 dəfə, digərləri isə hər həftə yeni layihələrini təqdim edirlər. Mən çox işləyən sənətçilərə məhsuldar toyuqlar deyirəm və onları dəstəkləyirəm".

Tolik prodüser həmkarlarına da söz atmağı unutmayıb:

 "Prodüser olmaq üçün zirək olmalısan, yaxşı əlaqələrin olmalıdır. Prodüser hansısa müğənninin sponsoru ilə oturmamalıdır. Eyni zamanda ona "ata" deməməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!