“Şou-biznesdəki bəylərin hamısı ilə küsülüyəm“ - Elza Seyidcahan
07 İyl 2020 23:10
548

“Şou-biznesdəki bəylərin hamısı ilə küsülüyəm“ - Elza Seyidcahan

"Xəzər TV"də yayımlanan "5/5" verilişinin bu dəfəki qonaqları arasında Əməkdar artist Elza Seyidcahan da olub.

Yenisabah.az xəbər verir ki, bu gün 52 yaşını qeyd edən sənətçi aparıcı Zaur Kamalın “Xanım sənətçilərlə küsülüsən, bəylərlə yox” sualına belə cavab verib:

“Küsülü deyiləm, küsülü olmaq demək deyil. Verilişlərin birində bir bəylə reklam arasında müzakirəli mübahisəmiz oldu. Sadəlik edirəm, ondan istifadə edirlər. Özümü dartmıram, amma mənə yaraşır. Hər zaman deyiblər ki, “sən özünü darta bilərsən, bu sənə yaraşır”. Demişəm “Yox, Allaha xoş getməz”. Bəylərin hamısı ilə küsülüyəm, bəydən xanım küsər. Bəylər xanımların nazını çəksinlər. Kiməsə düzgün söz deyirəm, xətrinə dəyirsə, küssün”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər