“Şövkət Ələkbərova deyirdi, iti görüm, qurdu görüm, Nisəni görməyim”

saytların hazırlanması

Evə çatdırılma

“Şövkət Ələkbərova deyirdi, iti görüm, qurdu görüm, Nisəni görməyim”

Şou

10 Yanvar 2024 16:07 457


"Ailəm telefonu əlimdən almışdı ki, sosial şəbəkəyə baxmayım. Bəzi şeyləri görməyimi istəmirdilər. Səhhətimə görə".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Rəngarəng səhər" verilişində deyib.

O, Xalq artisti Şövkət Ələkbərova ilə aralarında yaşanan qalmaqaldan danışıb: pizza sifarişi

"Əvvəl efirə kimlər çıxırdı, biz də onlara qulaq asır, öyrənirdik. Yeni vaxtlarımda utancaq idim. Bir dəfə verilişə gələndə Şövkət xanımın yanından keçdim. Onu başqasına oxşadıb, salam vermədim. Şövkət xanım baxdı, dedi, boy! Tərslikdən də həmin an geyimimiz eyni idi. Başqa bir proqramda da. Biz oxuyanda hörmət naminə gəlirdik müğənnilərin yanına. Mən də gəldim Şövkət xanımın yanına, üzünü çevirdi. Əbülfət Əliyevə, Rübabə Muradovaya yalvardım ki, məni Şovkətlə barışdırın.

Şövkət deyirdi ki, iti görüm, qurdu görüm, Nisəni görməyim. İnandırmaq istəyirdim ki, onu başqası ilə səhv salmışam. Sonda barışdı. Küsməyimiz də, barışmağımız da səssiz oldu". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!