Son vaxtlar Türkiyədə çəkilən teleseriallarda və filmlərdə vulqar ifadələrdən, söyüşlərdən çox istifadə olunur. Bu məsələ artıq rəsmi dairələrdə də narahatıq doğurmağa başlayıb. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı məhşur komediya ustası Cem Yılmazı və onun yeni filmi "Erşan Kuneri" kəskin tənqid edib.
Qeyd edək ki, bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur. Son vaxtlar ölkəmizdə çəkilən bir çox komediya filmlərində vulqar ifadələrə geniş yer verilir. Bəlkə komediya ustaları tamaşaçıları güldürə bilmədikləri üçün bu cür ucuz üsullara əl atırlar? Yoxsa söyüşdən, şit zarafatlardan istifadə artıq qəbahət sayılmır?
Yenisabah.az-a açıqlamasında Əməkdar artist Çingiz Əhmədov bildirib ki, sənətdə söyüşdən istifadə düzgün deyil: pizza hut
"Həmin filmi çəkən ssenarist və rejissorlar var. Belə ifadələr yəqin onlara xoşdur ki, bu cür filmlər çəkirlər. Nəzərə alınmalıdır ki, filmlərə, seriallara uşaqdan böyüyə hər kəs baxır. Fikrimcə, film və seriallarda vulqar ifadələrdən, söyüşlərdən istifadə düzgün deyil”.
Çingiz Əhmədov əlavə edib: “Elə improvizələr var ki, filmdə edirəm, yerinə düşür, bəyənilir. Eləsi də olur ki, yerinə düşmür və komandamızın ümumi fikrinə əsasən həmən səhnə kadrdan çıxarılır. Yəni demək istədiyim odur ki, vulqar ifadələrdən, söyüşlərdən və 18+ mənaya gələcək kadrların olmasında ən böyük günahkar rejissorlar və filmdə iştirak edən aktyorlardır".
Nəsimi Ələsgərli
Telegram kanalımız