Sözçü təsdiqlədi: Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub

saytların hazırlanması

Evə çatdırılma

Sözçü təsdiqlədi: Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub

Dünya

20 Yanvar 2023 11:11 570


Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub və hazırda həkim nəzarətindədir.

Yenisabah.az xəbər verir ki, bunu onun mətbuat katibi Aydos Ukibay bildirib.

"Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib. Birinci prezidentin həyatına heç bir təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır", - deyə Ukibay "Twitter"də yazıb. Sezar pizza

Ukibay bildirib ki, əməliyyat məşhur kardiocərrah Yuri Pyanın rəhbərliyi altında Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində keçirilib.

30 ilə yaxın Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayevin hazırda 82 yaşı var. 2019-cu ilin martında o, dövlət başçısı vəzifəsini tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!