S&P “Kapital Bank”ın reytinqini təsdiqləyib, proqnozu “müsbət” saxlayıb

saytların hazırlanması

Evə çatdırılma

S&P “Kapital Bank”ın reytinqini təsdiqləyib, proqnozu “müsbət” saxlayıb

İqtisadiyyat

16 Fevral 2026 15:05 383


“S&P Global Ratings” “Kapital Bank”ın kredit reytinqini təsdiqləyib və bank üzrə proqnozu “müsbət” səviyyədə saxlayıb.

Agentlik Kapital Bankın uzun və qısamüddətli emitent kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyib və proqnozun “müsbət” olduğunu bildirib.

S&P qeyd edib ki, Azərbaycanın ən iri üç bankından biri olan Kapital Bank Birbank brendi altında maliyyə və qeyri-maliyyə xidmətlərini birləşdirən rəqəmsal ekosistemi genişləndirməklə pərakəndə bazarda mövqelərini daha da möhkəmləndirir. Agentliyin qiymətləndirməsinə görə, bu yanaşma xüsusilə əməkhaqqı layihələri və pensiya ödənişləri ilə bağlı qanunvericilikdəki son dəyişikliklər fonunda müştəri loyallığını artırır. pizza sifarişi

S&P əlavə edib ki, bankın kredit portfeli 2025-ci ildə gözləniləndən daha zəif artıb və ümumi kredit portfeli təxminən 4% genişlənib. Bu dinamika isə Kapital Bankın kapitallaşma səviyyəsinin yüksəlməsinə şərait yaradıb.

Agentlik bankın riskə uyğunlaşdırılmış kapital göstəricisinin (RAC) 2026–2027-ci illərdə təxminən 5,75–6,25% diapazonunda olacağını proqnozlaşdırır.

S&P-nin bildirdiyinə görə, növbəti 12–18 ay ərzində Kapital Bankın rəqəmsal təşəbbüsləri bankın maliyyə pərakəndə bazarında lider mövqeyini daha da gücləndirə və iqtisadi risklərin azalması fonunda reytinq üzrə əlavə müsbət potensial yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!