“Space” reanimasiyada idi, beyin ölümü keçirmişdi... - Turan İbrahimov 

“Space” reanimasiyada idi, beyin ölümü keçirmişdi... - Turan İbrahimov 

Şou

07 Fevral 2023 12:17 797


Xəbər verdiyimiz kimi, “Space”in direktoru Müşfiq Hətəmov işdən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, aparıcı Turan İbrahimov bu qərara münasibət bildirib. T.İbrahimov yazıb: 

O, M.Hətəmovun "Space" üçün çox əziyyətinin olduğunu bildirib:

"“Space TV” reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün külli miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşfiq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis- yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda “Space TV” minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdır. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşfiq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin. 

Yolun hər zaman açıq olsun, etibarlı insan!”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!