Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov “Space” müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib.
Məlumata görə, Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.
Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən tanınmış teleaparıcı Turan İbrahimov Müşfiq Hətəmovun rəhbər olduğu müddətdə telekanal üçün əlindən gələni etdiyini bildirib: Dominos pizza
“Space TV reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün külli miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşfiq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis- yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi”.
O, sabiq telekanal rəhbərinə uğurlar arzulayıb:
“Hazırda Space TV minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdır. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşfiq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdür, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin.
Yolun hər zaman açıq olsun, etibarlı insan!”
Telegram kanalımız