“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru azadlığa buraxıldı

Hadisə

10 Oktyabr 2025 11:07 481


“Sputnik Azərbaycan” Agentliyinin Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, danışıqlar ilk növbədə iki ölkənin prezidentlərinin köməkçiləri səviyyəsində aparılıb. pizza

“Kommersant” yazır ki, Y.Uşakov bilavasitə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.

“Köməkçilər bu işi birbaşa prezidentlərlə əlaqələndirə biliblər, Yuri Uşakovun fikrincə, ilk növbədə bu, İqor Kartavıxın azad edilməsini mümkün edib.

Öz növbəsində Rusiya tərəfi Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib”, -  məlumatda bildirilib.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!