Stoltenberq: NATO Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq: NATO Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir

Dünya

19 Mart 2024 13:52 632


Cənubi Qafqaz regionunda sabitlik Avro-Atlantik region üçün çox vacibdir.

Yenisabah.az xəbər verir ki, Bunu NATO-nun baş katibi Yens Stoltenberq martın 19-da İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanı var. Stoltenberq bununla bağlı nizamlanmaya və xalqlar üçün davamlı sülhün bərqərar olmasına yol açacaq razılaşmanın əldə olunmasına çağırıb. pizza sifarişi

“NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü və onun sülhsevər arzularını təşviq edir”, - deyə Stoltenberq vurğulayıb.

Xatırladaq ki, Stoltenberq regional səfər çərçivəsində Ermənistandadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!