Stoltenberq NATO-nun yeni üzvlərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq NATO-nun yeni üzvlərindən danışdı

Dünya

20 Oktyabr 2022 16:09 763


"NATO-nun demək olar ki, bütün ölkələri İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı protokolları ratifikasiya edib".

Yenisabah.az xəbər verir ki, bunu Alyansın baş katib Yens Stoltenberq İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında bildirib.

O deyib: “Dəvət olunmuş ölkələr kimi siz, İsveç və Finlandiya hazırda siyasi və hərbi strukturlara inteqrasiya edirsiniz... Bir çox ölkələr hər iki ölkəyə təhlükəsizlik zəmanəti verib. NATO Baltik dənizi regionunda mövcudluğunu artırıb... NATO-ya üzvlük prosesi müasir NATO tarixində ən sürətli olub. Demək olar ki, bütün müttəfiqlər milli prosedurları (qoşulma protokollarının ratifikasiyası) başa çatdırıblar”. Dördpendirli pizza

Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri İsveç və Finlandiyaya bu ölkələr “təzyiq altında qalacağı təqdirdə” dəstək verəcəklər.

İsveçin baş nazirinin sözlərinə görə, NATO-ya daxil olan 30 ölkədən 28-i artıq üzvlük protokollarını ratifikasiya edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!