Su resurslarından səmərəli istifadə ilə bağlı tədbir keçirilib 

saytların hazırlanması

Evə çatdırılma

Su resurslarından səmərəli istifadə ilə bağlı tədbir keçirilib 

Sosial

23 Mart 2023 16:01 680


22 mart “Dünya Su Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Dəniz Mall” ticarət və əyləncə mərkəzində suyun əhəmiyyəti və mühafizəsinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirin keçirilməsində məqsəd su resurslarından səmərəli istifadə və su ekosistemlərinin mühafizəsi məsələlərinə uşaqların, o cümlədən ictimaiyyətin diqqətini artırmaq olub.

Tədbir zamanı iştirakçılarla suyun həyati əhəmiyyəti, suya qənaət edilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda, iştirakçılar su mənbələri, sudan səmərəli istifadə yolları ilə bağlı suallara cavab verərək ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kitablar əldə ediblər.  pizza

Tədbirdə iştirak edən daha kiçik yaşlı uşaqlar isə su ilə bağlı rəsmlər çəkərək suyun əhəmiyyətinə diqqəti yönəldiblər, məişətdə suya qənaət yolları barədə fikirlərini bölüşərək müxtəlif kitablar hədiyyə alıblar.

Unutmayaq ki, su gələcək nəsillərə verə biləcəyimiz ən gözəl mirasdır. Onu qoruyaq, su itkilərinə yol verməyək! 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!