Sual verirlər ki, YAŞAT fondu niyə yaradıldı?

saytların hazırlanması

Evə çatdırılma

Sual verirlər ki, YAŞAT fondu niyə yaradıldı?

Sosial

02 İyun 2021 13:14 879


Bəzən sual verirlər ki, YAŞAT fondu niyə yaradıldı? Məgər dövlətin maliyyə imkanı yoxdur ki, əhalinin ora pul köçürməsi üçün belə fond yaradır? Lakin sonradan anlaşıldı ki, bunun fəlsəfi mənası varmış. Dövlət öz vəsaiti hesabına qaziləri xarici ölkələrə müalicəyə göndərər, yaxud şəhid ailələrinin maddi imkanlarının yaxşılaşması üçün hesab nömrələri açdırıb pul köçürər. Fondun yaradılmasının birinci səbəbi o idi ki, müharibədə hər hanası töhfə verə bilməyən, lakin bunun arzusunda olan vətəndaşların arzuları reallaşsın. Dövlət görürdü ki, sadə vətəndaşlar əsgərlərimizə kömək üçün cəhd göstərir, amma bunları gerçəkləşdirmək alınmır. Adamlar yun corab toxudular ki, əsgərlərin səngərdə ayaqları üşüməsin, çörək bişirdilər ki, döyüşçülər o təamı dadıb arxada ana-bacılarının onlara uğur arzuladığını duysunlar, əsgər nömrələrini bilənlər sms yazıb dəstək oldular ki, “bu vətən sizə əmanətdir”. 

Qocalar var idi ki, hərbi komissarlıqların qarşısında göz yaşları axıdırdılar ki, heç olmasa gedib bir düşməni məhv etsin. Yaşlı qadınlar ağlayırdılar ki, heç olmasa gedib orda əsgərlərin paltarlarını yusunlar, bu da qəbinə təsəlli olar. Bax, YAŞAT fondu məhz bu səbəblərə görə yaradıldı. Arzusunu reallaşdıra bilməyənlər, döyüşmək imkanından məhrum olanlar dəstəklərini həmin fond vasitəsilə ifadə etsinlər. 

YAŞAT dövlətlə cəmiyyəti bir-birinə sıx bağlayan ünsiyyət platforması üçün yaradıldı. Bu o demək idi ki, millət üçün ümumi işdə birgə iştirak dövlətçilik instititunu daha da möhkəmlədər. Bu həm də o demək idi ki, bu qələbənin qazanılmasında MƏNİM də xidmətim olub. Əgər hamının xidməti varsa, onda bu torpaq bir də işğal edilərmi? Hamının xidməti olan nəsnəni yenidən əldən almaq mümkündürmü? Heç vaxt. Çünki ümumi xidmət bir hədəfə ümumi dirənişə gətirib çıxarır. Belə olan halda düşmən bir də cürət edib torpaqları işğal etmək fikrinə düşərmi? Düşə də bilməz. Bu baxımdan 2020-ci ilin dekabrın 8-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman vaxtında atılmış addım idi. pizza hut

Fondun konsepsiyasında göstərilir ki, fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Vətəndaş cəmiyyətinin formalaşdırlması məhz belə amillərdən başlanır.

Birinci Qarabağ müharibəsində iştirak etmiş veteranların və şəhid ailələrinin təminatını xatlırlayaq. Dövlət hər il sosial sahəyə ayrılan maliyyə vəsaitində həmin kateqoriyadan olan insanları unutmayıb. Hələ də prezident İlham Əliyevin iştirakı ilə şəhid ailələrinə mənzillərin və veteranlara avtomobillərin açarları təqdim edilir.  Birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bununla yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün səy göstərirdilər. Dövlət bu istəkləri nəzərə aldı. Büdcənin təsdiqi zamanı 2-ci Qarabağ müharibəsində iştirak etmiş qazilər və şəhid ailələri yenə unudulmayacaq. Və bunu elə müharibənin bitməsindən keçən ilk günlərdə gördük. 

Müharibə birtdi. Neçə-neçə qazinin psixologiyası pozulu. O dəhşətli anları unutdurmaq çətin olacaq. Bütün bunları tarix boyu baş verən müharibələrdən qayıdan veteranların həyatları barəsindəki kitabları oxuyanda, çəkilən filmlərə baxanda görürdük. İndi o psixoloji gərginliyi, depressiyanı unutdurmaq üçün qaziləri reabilitasiya mərkəzlərində müalicə edirər. İcra hakimiyyətlərində xüsusi nümayəndələr ayrılıb ki, qazi və şəhid ailələrinin problemlərini həllində mərkəzləşmiş sistem qursunlar. Ayrı-ayrı neqativ hallar dərhal aradan qaldırıldı, işində qüsura yol verənlər cəzalandırıldı.

Döyüşlərdə həlak olmuşların və qazilərin bank borcları bağışlanıldı. İndi onlara torpaq sahələri də ayrılır, özəl müəssiə rəhbərlərinə sponsorluq üçün tövsiyyələr verilir. Əlbəttə, dövlət sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə edə bilməz. Ancaq bu istiqamətdə çağırışlar edir, təbliğat aparır. Şəhid ailələrinin övladları təhsil haqqını verməkdən azad edildi. Qarşıdakı imtahanlarda şəhid və qazi övldalarına güzəştlər nəzərdə tutulur. 

Əksər qazi yalnız orta məktəbi qurtardığından və hansısa peşəyə yiyələnmədiyindən yenə də işlə təmin edilir. Hələ qarşıda onların kiçik bizneslə məşğul olması üçün proqramların hazırlanması da gözlənilir. Psixoloqlara tövsiyyələr verilib ki, qazilərin normal həyata qayıtması üçün əllərindən gələni etsinlər. 

Dövlət leksikonda bir sözdən ibarətdir. Ancaq onun möhkəmlənməsində vətəndaş cəmiyyətinin rolu lazımdır. Dövlət bunu unutmadı və birgə dəstəyə yol açdı. Təki, daha da möhkəm olaq. 

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!