Subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Sosial

26 May 2024 15:41 766


"Mayın 26-da qonşu ölkələrin ərazisində Debit çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir".

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Dominos pizza

Onun sözlərinə görə, Debit çayının Kürə töküldüyünü nəzərə alaraq, Gürcüstanda Kürə yağan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:

"Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı istisna olunmur.

Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaq xahiş edilir, sahillərdən məsafə saxlamaq tövsiyə edilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!