Azərbaycana xarici ölkələrdən gətirilən süd və qaymağın həm fiziki həcmində, həm də statistik dəyərində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkəyə 17 min 390.77 ton süd və qaymaq idxal olunub. Bu idxalın statistik dəyəri 32 milyon 927.89 min dollar təşkil edib. Bu məhsulların ümumi ölkə idxalındakı xüsusi çəkisi 0.25% olub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkəyə 12 min 179.95 ton süd və qaymaq gətirilmişdi ki, bunun da statistik dəyəri 21 milyon 467.75 min dollar (ümumi idxalda payı 0.13%) təşkil etmişdi. pizza
Beləliklə, illik müqayisədə ölkəyə gətirilən süd və qaymağın həcmi 5 min 210.82 ton (və ya 42.8%), maliyyə dəyəri isə 11 milyon 460.14 min dollar (və ya 53.4%) artıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız