Sükan arxasındakı narkomanlar: Onlar necə sürücülük vəsiqəsi alır?

saytların hazırlanması

Evə çatdırılma

Sükan arxasındakı narkomanlar: Onlar necə sürücülük vəsiqəsi alır?

Sosial

07 Mart 2024 12:06 1007


Son zamanlar narkotik vasitə qəbul edərək avtomobil idarə edən çoxlu sayıda sürücü saxlanılıb. Bu cür sürücülər istər özlərinin, istərsə də digər sürücülərin həyatı üçün olduqca təhlükəli risk daşıyıcısıdır. Maraqlısı isə odur ki, bu qəbildən olan sürücülərin içərisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər çoxluq təşkil edir. 

Qanunvericiliyə əsasən, sürücülük vəsiqəsi ilə bağlı müraciət edən zaman həmin şəxsdən ilk tələblər arasında tibbi yoxlanışla bağlı arayışlar yer alır. Bəs görəsən narkotik aludəçisi olan şəxslər sürücülük vəsiqəsini necə əldə edir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, ümumiyyətlə taksi fəaliyyəti narkotik vasitə aludəçiləri üçün ən asan günlük qazanc yeridir: pizza hut

“Bu gün ölkədəki işsizlik fonunda ən rahat və tez pul qazanmaq variantı taksi fəaliyyətidir. Sadəcə, onlayn qeydiyyatdan keçib, öz avtomobili ilə taksi faəliyyətini icra etmək mümkündür. Narkotik asılılığı olan adamlar üçün də əsas olan günlük qazancdır. Onlar bu qazancla narkotik vasitəyə olan tələbatını qarşılayırlar. Mən qətiyyən bütün taksi sürücüləri ilə bağlı bu fikri səsləndirmirəm, amma narkotik vasitə qəbul edən sürücülər içərisində niyə taksi sürücüləri çoxluq təşkil edir, bax bu ciddi məsələdir”. 

Ekspert sürücülük vəsiqələrinin verilməsində qanunsuzluqların olduğunu diqqətə çatdırıb:

“Ola bilsin ki, şəxs sürücülük vəsiqəsi almaq üçün müraciət etdiyi vaxt hələ narkotik aludəçisi olmayıb, və daha sonra buna qurşanıb. Konkret demək olmaz ki, niyə bu cür sürücülərə sürücülük vəsiqəsi verilir. Bəlkə də onların bir hissəsi öncədən narkotik aludəçisi olublar və daha sonra tərgidiblər. Sürücülük vəsiqəsi aldıqdan sonra isə yenidən istifadəçiyə çevriliblər. Digər tərəfdən məlumdur ki, bu gün sürcülük vəsiqəsinin alınmasında korrupsiya çox əhəmiyyətli bir zəncirdir. Qeyri-qanuni formada pulunu verib sürücülük vəsiqəsi alan bəs qədər insan var və onlardan heç bir tibbi arayış tələb olunmur. Bəzi hallarda heç sürücülük vəsiqəsi olmadan maşın sürən insanlar da kifayət qədərdir”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rauf
    İŞƏ QƏBUL ZAMANI, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALINAN ZAMAN, TEXNİKİ MÜAYİNƏ ZAMANI HƏR İL SÜRÜCÜLƏR DƏ VƏ NİGAH ZAMANI HƏM QIZ , HƏM DƏ OĞLAN HAMSI NARKOLOJİ TESTDƏN KEÇMƏLİMVƏ BU QANUNİLƏŞDİRİLMƏLİDİR. ÇIXƏŞ YOLU BUNDADI
    2 years ago