Sülhməramlılar Qarabağı tərk etdi, əvəzində... - Ermənilər yenə aranı qarışdırır 

Sülhməramlılar Qarabağı tərk etdi, əvəzində... - Ermənilər yenə aranı qarışdırır 

Rəsmi Veb saytların hazırlanması

24 Noyabr 2023 13:49 10561


Rusiya sülhməramlılarının Qarabağda rotasiyası başa çatıb və bölgədən çıxarılanların yerinə yenilənmiş kontingentin gətirilməsi həyata keçirilir. 

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Yenisabah.az xəbər evrir ki, bu barədə “Hraparak” nəşri yazır ki, sülhməramlıların özləri də Qarabağda nə işlə məşğul olacaqlarını dəqiq bilmirlər.

“Əldə etdiyimiz məlumata görə, əvvəlki kontingent Ermənistan üzərindən Qarabağı tərk edib, onların əvəzinə yenilənmiş kontingentin hərbçiləri bölgəyə daxil olur. Qarabağa gedən hərbçilərin birindən öyrəndik ki, onlar “Zvartnos” hava limanına eniblər. Rusiya Müdafiə Nazirliyindəki mənbəmiz də bildirdi ki, sülhməramlılar İrəvan üzərindən Qarabağa gedirlər”, - nəşr iddia edib.

Bu iddiaların nə qədər doğru olduğu bəlli deyil, lakin sülhməramlıların rotasiyasının başa çatdığı rəsmi olaraq təsdiqlənib. Artıq Rusiya sülhməramılarının Qarabağda nəzarət zonası yoxdur, onların bölgədə həyata keçirə biləcəyi yeganə fəaliyyət Azərbaycan hərbçiləri ilə birlikdə patrul xidməti yerinə yetirmək və bölgədən çıxarılan erməni silahlı dəstələrindən müsadirə edilən silah-sursatın birlikdə mühafizəsi ola bilər. Bu fəaliyyət üçün kontingentin əvvəlki sayına ehtiyac yoxdur: 44 günük müharibədən sonra bölgəyə yerləşdirilən sülhməramlıların sayı 1960 nəfər olub, açıqlanmasa da, rotasiya prosesində rus hərbçilərin böyük hissəsinin Qarabağı tərk etdiyi, yenilənmiş kontingentin sayının daha az olduğu bəllidir.

Sülhməramlıların İrəvan üzərindən Qarabağa gəlməsi də iddiadan başqa bir şey deyil, hərçənd, bunun texniki olaraq mümkünlüyü istisna edilməməlidir. Çünki Rusiyanın Ermənistanda hərbi hava bazası var və mümkündür ki, yenilənmiş kontingent bu baza üzərindən bölgəyə gətirilir. (Publika.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BKM
    Sizlər, bu yazınızı oxuyanları ağıl və məntiqdən məhrum hesab edirsiniz?!
    3 months ago