Sumqayıtda ağac kəsilməsi faktı ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda ağac kəsilməsi faktı ilə bağlı cinayət işi açıldı

Sosial

29 May 2021 14:14 915


Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt şəhərində qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilib və nəticədə təbiətə 3 min manat məbləğində ziyan dəyib.

Bu gün fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb. Marqarita pizza

Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!