Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi   - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi - İDDİA

Hadisə

09 Oktyabr 2026 01:01 109


Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur.

"Yeni Sabah" Nocomment.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub.

İddialara əsasən, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib. Dominos pizza

Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlıq və narazılığa səbəb olub.

Hazırda hadisənin baş vermə səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və onların ümumi səhhəti ilə bağlı məsələlərlə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!