30 Sentyabr - 00:09
Sumqayıtda əmioğlular arasındakı mübahisə ölümlə nəticələndi

Sumqayıtda əmioğlular arasındakı mübahisə ölümlə nəticələndi

Kriminal

18 Avqust 2022 00:20 838


Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib. 1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb. F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!