Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirildi

Sosial

09 Avqust 2026 20:02 81


Avqustun 8-də Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xüsusilə gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb. pizza hut

Qeyd olunub ki, araşdırma zamanı ayrı-ayrı sürücülərin şəhər ərazisində, xüsusilə gecə saatlarında yüksək sürətlə hərəkət etməsi, motosikletlərin konstruksiyasına müdaxilə edərək əlavə avadanlıqlar quraşdırması, səsboğucu sistemlərində dəyişiklik etməklə normadan artıq səs-küy yaratması, eləcə də dövlət qeydiyyat nişanı və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi halları müəyyən edilib.

Aşkar edilən qayda pozuntularına hüquqi qiymət verilərək 30-a yaxın sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!