Süni intellektlə arıqlayan şəxs komaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Süni intellektlə arıqlayan şəxs komaya düşdü

Dünya

06 Avqust 2026 19:43 87


Çində bir gənc kişi həddindən artıq arıqlamaq üçün süni intellektdən istifadə etdikdən sonra reanimasiyaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, kişi uzun müddətdir oturaq iş səbəbindən aldığı çəkidən narahat olub. Artıq çəkidən xilas olmaq üçün süni intellektdən istifadə edərək intensiv məşq proqramı və arıqlama planı yaratmasını istəyib.

Zərərçəkən süni intellektdən təlimatları izləyib və 45 gün ərzində təxminən 18 kq arıqlamağı bacarıb. Lakin o, komaya düşüb və təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər ona çoxsaylı orqan çatışmazlığı sindromu diaqnozu qoyublar. Həkimlərin sözlərinə görə, xəstənin immun sistemi uzun müddət yuxusuzluq, nizamsız qidalanma və intensiv idman səbəbindən zəifləyib./Unikal Sezar pizza

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!