Suqovuşan su anbarı boyunca turizm obyektləri tikilir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suqovuşan su anbarı boyunca turizm obyektləri tikilir - Fotolar

Rəsmi

19 Mart 2023 19:22 1230


Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.

“Yeni Sabah” bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir. Marqarita pizza

Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda "Xaçınçay", "Köndələnçay-1", "Köndələnçay-2", "Köndələnçay-3" su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!