Suraxanı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi xüsusi diqqətində saxlanılır.
Yenisabah.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində Vətən uğrunda haqq savaşının qəhrəmanları, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Hacıyev Elmaz Elmar oğlunun və Səlimov Şiralı Vüqar oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 420 m olan küçədə 2500 kv.m asfalt örtüyü salınıb. pizza
Telegram kanalımız