Suraxanıda 281 saylı məktəbin 24 məzununa Fərqlənmə attestatı təqdim olundu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda 281 saylı məktəbin 24 məzununa Fərqlənmə attestatı təqdim olundu - Fotolar

Sosial

17 İyul 2023 19:57 4030


Bu gün - iyulun 17-də Bakının Hövsan qəsəbəsində yerləşən  şəhid Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirən 24 nəfər məzununa fərqlənmə attestatları təqdım olunub. 

Yenisabahr.az-a bu haqda məktəbin müəllimi, tanınmış Qarabağ qazisi Vaqif Əlisov məlumat çatdırıb.

Təqdimat mərasimində məktəbin direktoru Dadaş Əliyev, direktor müavini Aqşın Kazımov, məktəbin müəllimi, Qarabağ qazisi Vaqif Əlisov, sinif rəhbərləri və valdeynlər iştirak ediblər. Toyuqlu pizza

Gənclərimizə təhsillərində yeni uğurlar diləyirik...

Zəruri arayış:

Şəhid V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət göstərir. Şagird tutumu 1776 nəfərdir. Hal-hazırda məktəbdə 3227 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 161 müəllim məşğul olur... 

Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir olunub, 30 sinif otağından ibarət 600 yerlik əlavə korpus tikilmişdir.

Məktəbdə bütün tarixi günlərlə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Müəllim və şagirdlərimiz məktəbin və rayonun ictimai işlərində fəal iştirak edirlər. Müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar. Şagirdlər dəfələrlə “Şahin”, “Cəsurlar”, hərbi-idman oyunlarının qalibi olmuşlar.

Məktəbin foyesində Milli Qəhrəmanlara,Ramil Səfərova (Ramil Səfərov 2016-ci ildə məktəbdə keçirilən tədbirdə şəxsən iştirak etmişdir) aid guşələr və "Azərbaycançılıq" ideologiyasının təbliği ilə, "Qızıl nişan" alanlarla bağlı "Şərəf lövhəsi" vardır. Məktəb hər il adını daşıdığı şəhid Vaqif Mirzəliyevin ad gününü qeyd edir, onun ailəsi ilə sıx əlaqə saxlayır. Məktəbin fəaliyyəti dövründə məzunlar Ələkbərov Rəşad Akif oğlu və Babayev Azad Əbdül oğlu Prezident təqaüdünə layiq görülmüşlər. Keçən tədris ilində məktəbin XI sinif şagirdi Ömər Camalov fənn olimpiadalarının Respublika turunda riyaziyyat fənnindən III yerə layiq görülmüşdür. 2020-2021-ci tədris ilində 19 nəfər şagirdi "Fərqlənmə attestatı"na layiq görülmüşdür. (/bakimektebleri.edu.az/281/az/about_us/).   

Onu da əlavə edək ki,I Qarabağ savaşı boyu 281 saylı tam orta məktəb Cəbrayıl alayına himayədarlıq edib. Məktəbin kollektivi dəfələrlə Cəbrayılda olub./Moderator.az 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!