Suraxanıda ağacəkmə aksiyası keçirilib   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda ağacəkmə aksiyası keçirilib - Fotolar

Sosial

10 May 2021 13:45 1150


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun qəsəbələrində ağacəkmə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərinin, RİHBA-nın şöbə müdirlərinin, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, rayonun idarə və müəssisələrinin kollektivlərinin, eləcə də rayon ictimaiyyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası karantin rejiminin qaydalarına uyğun təşkil olunub.

Heydər Əliyevin xatirəsini yad etmək, həmçinin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıqların mühafizəsi məqsədilə keçirilən aksiyada əkilmiş müxtəlif növdə 1200 ədəd ağac suvarılaraq onlara aqrotexniki qulluq  göstərilib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!