Suraxanı rayonunda "Uğurcan" psixoloji nitq inkişaf mərkəzinin və Suraxanı RİH-in təşkilatçılığı ilə "Bir döyünür ürəyimiz" adlı layihə çərçivəsində fiziki məhdudiyyətli şəxslərin konsert proqramı təşkil olunub.
Yenisabah.az xəbər verir ki, şəhid ailələrinin və qazilərin qonaq olduqları həmin tədbirdə fiziki məhdudiyyətli şəxslər bilik və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri iştirak ediblər. Dominos pizza
Telegram kanalımız