Suraxanıda müəllim və şagirdlər qaziləri ziyarət etdilər   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda müəllim və şagirdlər qaziləri ziyarət etdilər - Fotolar

Sosial

22 İyul 2021 14:29 764


Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Qurban bayramı münasibətilə ziyarət olunması davam etdirilir.

Yenisabah.az xəbər verir ki, növbəti dəfə 5 №li körpələr evi-uşaq bağçasının, 87, 140 №li və Bünyadəli Qulamoğlu adına 285 №li tam orta məktəbin kollektivləri qazilərimiz Əmircan qəsəbə sakinləri Muşarapov Raul Samir oğlunu, Şərifov Kərim Sənan oğlunu, Bülbülə qəsəbə sakini Quliyev Anar Şəhriyar oğlunu, Qaraçuxur qəsəbə sakinləri Əliyev Rüstəm Fərhad oğlunu, Əhmədov Fərid İlham oğlunu ziyarət edib, ailələrə bayram sovqatları paylamışlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!