Suraxanıda “narkomaniyaya YOX deyək” mövzusunda növbəti tədbir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda “narkomaniyaya YOX deyək” mövzusunda növbəti tədbir - Fotolar

Sosial

18 Dekabr 2021 17:01 1063


Suraxanı rayonunda Rayon Polis İdarəsinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bir sıra təhsil müəssisələrində və Gənclər evində “narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Yenisabah.az xəbər verir ki, bövbəti dəfə dekabrın 17-də Suraxanı rayonu, N.Salamov adına 97 saylı tam orta məktəbdə sözügedən mövzuda təşkil olunan maarifləndirici tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavini Könül xanım Axundova, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, həmçinin narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə ətraflı məlumat verib. pizza sifarişi

Həmçinin, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov və Rayon Prokuroru Rəşid Mahmudov çıxış edərək gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat vermiş, sağlam həyat tərzinin üstünlüklərini onlara hərtərəfli çatdırmış, eləcə  də ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən bəhs edib.

Tədbirdə narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarx və şagirdlərin hazırladığı tamaşa nümayiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!