Suraxanıda növbəti küçə asfaltlanır - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçə asfaltlanır - FOTOLAR 

Sosial

13 İyul 2023 15:18 530


Ölkənin bütün regionlarında olduğu kimi, Suraxanıda da abadlıq - quruculuq işləri davam etdirilir. 

Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.Hazırda #Suraxanı rayonunda növbəti təmir işi Əmircan qəsəbəsində Sona Nuriyeva küçəsində aparılır. Sözügedən küçədə 1280 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.  Dominos pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!