Suraxanıda polis əməkdaşları arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş yarış keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda polis əməkdaşları arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş yarış keçirildi - Fotolar

Sosial

06 İyun 2023 18:30 2277


İyunun 6-da Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibəti ilə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.

Yenisabah.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, DİN-in İdman Cəmiyyətinin nümayəndəsi, polis mayoru əməkdar idman ustası Elşən İbişov iştirak ediblər.  

İlk öncə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.  Dördpendirli pizza

Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçiliyimizin tərəqqisi sahəsində gördüyü işlər barədə geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzu ediblər. 

Daha sonra start verilən yarışda Suraxanı RPİ-nin 90 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!