Suraxanıda “Qaraheybət” şəhidi Xəyyam Əliyevin anım mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda “Qaraheybət” şəhidi Xəyyam Əliyevin anım mərasimi keçirildi - Fotolar

Sosial

17 Dekabr 2021 19:35 843


Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuş Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün doğum günüdür.

Yenisabah.az xəbər verir ki, Şəhidlik zirvəsinə ucaldıqdan sonra Xəyyam Əliyevin qeyd olunan ilk doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Şəhidimizin valideynlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov qeyd edib ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. Allahdan Şəhidimizə rəhmət diləyən Əziz Əzizov onun özündən sonra əmanət qoyduğu körpə balasının da vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirib və ailəsinə səbr diləyib.Bir 9 nəfər və oturan insanlar şəkili ola bilərBir 2 nəfər və oturan insanlar şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 3 nəfər və oturan insanlar şəkili ola bilər pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!