Torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Orucov Elmir Elyar oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində asfaltlama işləri aparılır.
Yenisabah.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda ümumi sahəsi 7000 kv.m olan küçədə asfalt örtüyü salınır.
Qeyd edək, rayon ərazisində şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz olan yolların asfaltlanması işləri həyata keçirilir. pizza mizza
Telegram kanalımız