Suraxanıda şəhid doğum günündə anıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar

Sosial

13 Mart 2022 14:30 738


44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan şəhidimiz Əhmədli Qardaşxan Elxan oğlunun doğum günü Suraxanıda qeyd olunub. 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri, Şəhidin doğmaları Əhmədli Qardaşxan Elxan oğlunun doğum günündə məzarını ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhunu böyük ehtiramla yad etmişlər.

Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışan RİH başçısı Əziz Əzizov bildirmişdir ki, azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən bütün Şəhidlərimiz hər zaman qəlbimizdə əbədi yaşayacaqdır. Dominos pizza

Qeyd edək ki, Qardaşxan Əhmədli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!