31 il əvvəl Daşaltı əməliyyatında şəhid olan və Daşaltı kəndində aşkar olunan kütləvi məzarlıqda qalıqları tapılan hərbi qulluqçumuz Nurəli Abdullayevin əziz xatirəsini yad etmək məqsədilə avqustun 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb.
Yenisabah.az xəbər verir ki, təşkil olunmuş tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Həmçinin, şəhidin ruhuna dualar oxunub. Dominos pizza
Telegram kanalımız