Suraxanıda şəhidin xatirəsinə bulaq inşa edildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda şəhidin xatirəsinə bulaq inşa edildi - Fotolar

Sosial

25 İyun 2021 14:51 823


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri Vətən müharibəsinin şəhidi Cabarzadə Cavid Qorxmaz oğlunun adının əbədiləşdirilməsi üçün Bülbülə qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin təhsil aldığı 316 saylı tam orta məktəbdə onun xatirəsinə hazırlanmış guşə ilə tanış olublar.

Yenisabah.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mərasimdə çıxış edib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədə payı olan Cavid kimi oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq və şəhidimizin doğmalarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək”.

Qeyd edək ki, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş Cavid Cabarzadə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Cavid II Fəxri Xiyabanda dəfn olunub. Pepperoni pizza

Şəhidimiz Cavid Cabarzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!