Suraxanıda növbəti ağacəkmə aksiyası keçirildi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Sosial

28 Oktyabr 2022 16:05 750


Suraxanı rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Yenisabah.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Zığ qəsəbəsi, Zığ yolu küçəsində təşkil olunub. Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, rayon ictimayyətinin nümayəndələri iştirak edib. 

Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edən Əziz Əzizov bildirib ki, bu ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarının sayının artırılması, ətraf mühitin sağlamlaşdırılması, avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasını təmin etməkdir. Dördpendirli pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!