Sürət Hüseynovun məzarına bu sözlər yazıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Sürət Hüseynovun məzarına bu sözlər yazıldı - FOTO

Sosial

12 Sentyabr 2023 10:36 3570


Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq baş nazir, 1993-cü ildə iyun qiyamına başçılıq etmiş Surət Hüseynova məzardaşı qoyulub.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı barədə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb. Marqarita pizza

Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Qeyd edək ki,Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!