“Sürücülərin bir çoxu “patı”nın istifadəçisi və satıcısıdır” - Şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Sürücülərin bir çoxu “patı”nın istifadəçisi və satıcısıdır” - Şok açıqlama

Sosial

09 İyul 2021 21:05 1286


“Hər gün yollarda mikroavtobus və taksi sürücülərinin törətdiyi yol nəqliyyat hadisəsi zamanı insanların həlak olduqlarını oxuyuruq. Bu gün də Bakı - Qazax istiqamətində hərəkət zamanı Müsüslü kəndi ərazisində yol nəqliyyat hadisəsi zamanı 5 nəfər həlak olub. Bu faciələrin bir neçə səbəbi var. Bunların arasında kimlərə gəldi sürücülük vəziqələrinin verilməsi, acgöz işbazların pul qazanmaq naminə kimə gəldi, bəzən heç sürücülük vəsiqələri olmayanlara da nəqliyyat vasitələrini icarəyə vermələridir”.

Yenisabah.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

Hüquqşünas qeyd edib ki, bu sıralamada son vaxtlar tüğyan edən narkotik vasitələrin geniş yayılması amili də var: Pepperoni pizza

“Məndə olan məlumata görə mikroavtobus və taksi sürücülərinin bir çoxu məhz “şüşə, patı” kimi tanınan narkotik vasitələrin istifadəçisi və satıcılarıdır. Bu sahədə Lənkəran və digər cənub bölgəsindən Bakıya istiqamətlənən marşrutlarda işləyən sürücülərin adları daha çox hallanır. Ona görə də məhz bu katqeqoriya insanlar xüsusi yoxlamalara məruz qalmalıdırlar. İstənilən analizlə həmin şəxslərin narkotik vasitə istifadəçisi olduqlarını yoxlamaq çox asandır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!