Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sürücülərin nəzərinə: Bu ərazidə kameralar yerləşdirildi - Foto
21 Dek 2019 10:36
501

Sürücülərin nəzərinə: Bu ərazidə kameralar yerləşdirildi - Foto

Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində və kəsişməyə yaxın ərazidə (Şamaxinka adlanan ərazidə) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən, o cümlədən kameraların köməyi ilə qanunsuz parklanmaya nəzarət gücləndirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülərə tövsiyə edilir ki, qeyd edilən ərazidə dayanmavə durma qaydalarına əməl etsinlər, yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla digər hərəkət iştirakçılarının xüsusən də müntəzəm marşrut xətt avtobuslarının hərəkətini məhdudlaşdırmasınlar.

Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə şimal istiqamətindən 20 yanvar dairəsi eləcə də əks istiqamətdə hərəkət edən 24 müntəzəm marşrut xətti üzrə 400-ə yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 410 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin mənzil başına lüzumsuz yerə əlavə vaxt itkisinə məruz qalmaqla çatmasına səbəb olur.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər