Paytaxtda qəzanın qarşısını alan polis əməkdaşları mükafatlandırılacaq.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə sükan arxasında huşunu itirən sürücünün polislər tərəfindən xilasedilməsi görüntüləri yayılıb. Belə ki, xidmət aparan polis nəfərləri minik avtomobillərindən birinin sükan arxasında huşunu itirdiyini görüb təcili müdaxilə edərək maşını dayandırıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az - a verilən məlumata görə, hər iki polis əməkdaşı mükafatlandırılacaq: pizza
"Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 2 əməkdaşının təcili müdaxiləsi nəticəsində həm yarana biləcək qəzanın qarşısı alınmış həm də sürücü həyata qaytarılmışdır. Hazırda sürücü xəstəxanadadır və vəziyyəti qənaətbəxşdir. Yerindəcə müdaxilə edən hər iki əməkdaş Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılacaq".
Telegram kanalımız