Sürücünün xanım məmura göndərdiyi “Olar səni qucaqlayım” şeirində nə deyilir?

saytların hazırlanması

Evə çatdırılma

Sürücünün xanım məmura göndərdiyi “Olar səni qucaqlayım” şeirində nə deyilir?

Sosial

28 İyun 2023 08:44 22982


Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi "Olar səni qucaqlayım?” şeirinə görə sürücünü işdən azad edib.

Xidmətin ştatdankənar sürücüsü Sərxan Həmzəyev (soyad şərti) sözügedən şeirə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.

Buna səbəb Dövlət Xidmətinin mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nərmin Bayramova aşağıda qeyd etdiyimiz şeiri göndərməsi olub.  pizza

Gedirsən, məni də apar!

Gəlim saçını darayım.

Bir də nə vaxt əlim çatar?

Olar Səni qucaqlayım?

 

Oturum səninlə bir az,

Gələcəyi varaqlayım.

Fonda bir bayatı-şiraz,

Olar Səni qucaqlayım?

 

Sən gülümsə, heç nə demə.

Mən öz halıma ağlayım.

Heç nəyi soruşma, bilmə,

Olar Səni qucaqlayım?

 

Dönə-dönə, dəfə-dəfə,

Öz-özümü aşağılayım.

Heç olmazsa bircə dəfə,

Olar Səni qucaqlayım?

 

Bilirsən bu nə ağrıdır?

Kimə, necə bel bağlayım?

Bəlkə dünyanın axırıdır,

Olar Səni qucaqlayım?

 

Səni hamıdan saxladım,

Hər gün belə sabahladim.

Özümü çox qucaqladım.

Olar Səni qucaqlayım?

Raqif Raufoğlu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!