“Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı” - Dilqəm Əsgərov + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı” - Dilqəm Əsgərov + Fotolar

Sosial

07 Yanvar 2021 19:48 856


“Şuşa həbsxanasında azərbaycanlılardan qalmış kitablar bir yerə yığılmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsi yanıma gələndən sonra onlara deyirdim, həmin kitablardan mənə oxumağa verirdilər”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında erməni girovluğundan yenicə qayıtmış Dilqəm Əsgərov bildirib.

O, əsirlikdə olarkən Şuşa həbsxanasında kirilcə yazılmış Azərbaycan dilində kitabların olduğunu görüb və onu götürüb oxuyub: pizza mizza

“Ermənistanın ombudsmanı Larisa Allahverdyanla da bu barədə çoxlu mübahisəm olub. Ona da demişəm ki, siz yalan danışırsınız, Artsax dövləti olmayıb. Həmin bu kitabda da bu var. Bundan sonra üzərimdə axtarış etdilər. Mən bilirdim ki, axtarılacağam. O kitabdan iki səhifəni cırıb turbanın üstündə gizlətmişdim. Ona görə bunu tapa bilmədilər. Bakıya gələndə də bunu mənə yazılan məktubların arasına soxub özümlə gətirdim”.

O bildirib ki, iki il evə məktub yazmaqdan imtina edib:

“Mən məktub yazanda ünvan kimi Şuşa göstərirdim. Ermənilər bunu Şuşi edirdi. Sonradan buna görə iki il məktub yazmadım”.

Dilqəm Əsgərov bundan sonra hansı işlə məşğul olacağı ilə bağlı sualı cavablandırıb:

“Hazırda heç bir işlə məşğul olmuram. Şəmkirdə heyvanlarımıza baxıram (gülür). Doğulduğum Kəlbəcərin Şaplar kəndinə nə vaxt gedəcəyəm? İnşallah, yollar düzəlsin, qısa vaxtda kəndimizə dövlət xətti ilə getmək istəyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!