Şuşa qəbristanlığında erməni vəhşiliyi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şuşa qəbristanlığında erməni vəhşiliyi - Fotolar

Rəsmi

07 Noyabr 2021 14:45 1207


Ermənilər tərəfindən 30 il öncə Şuşa şəhəri və ətraf ərazilər işğal edildikdən sonra orada olan tarixi abidələrimiz, qəbiristanlıqlıqlar dağıdılıb.

2020-ci ilin sentyabrın 27-dən müzəffər ordumuz tərəfindən başlanan və 44 gün davam edən Vətən Müharibəsi sonda zəfərlə başa çatıb.

30 il işğal altında olan torpaqlarımız azad edilib. Azad olunmuş ərazilərə gedən zaman orada erməni vəhşiliyinin əyani şahidi oluruq.

Yaşayış evləri, obyektlərlə yanaşı qəbiristanlıqlarımızın da dağıdılıb.

Bu günlərdə Şuşa şəhərini ziyarət edən Teleqraf.com-un əməkdaşları Şuşa qəbiristanlığında olublar.

Erməni quldurları qəbirlərin üzərində olan mərmər daşları oğurlayaraq satdıqları məlum olur. Vəhşi ermənilər ağ daşları isə sındırıblar.

Şuşa qəbiristanlığı Cııdır Düzünün yaxınlığında yerləşir

Qəbiristanlıqda məzarların üzərində ermənilərin vəhşliyini sübut edən fotoları təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!