Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq
28 Dek 2020 14:57
280

Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq

2021-ci ildə isə ölkə ərazisində daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O qedy edib ki, hazırda respublika ərazisində 62 stansiya vasitəsi ilə tədqiqatlar aparılır.

Q.Yetirmişli əlavə edib ki, RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaqdır. (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər