Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləndi - Fotolar

Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləndi - Fotolar

Hadisə

05 Dekabr 2022 20:25 581


“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar olaraq yüksəkgərginlikli Füzuli-Şuşa hava xətti buz bağlayıb:

“Qurumun əməkdaşları xüsusi geyim və avadanlıqlardan istifadə edərək buzun təmizlənməsi işini həyata keçirib”.

Qeyd edək ki, 110 kvotalıq Füzuli-Şuşa xətti öz başlanğıcını “Şükürbəyli” stansiyasından götürür. Ümumi uzunluğu 75 olan hava xətti Şuşa şəhərinin işıqlandırılmasında xüsusi rol oynayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!