“Şuşaya gedib anamın ruhundan üzr istəyəcəm...“   - Flora Kərimova 

saytların hazırlanması

Evə çatdırılma

“Şuşaya gedib anamın ruhundan üzr istəyəcəm...“ - Flora Kərimova 

Mədəniyyət

27 Oktyabr 2020 12:17 2070


Xalq artisti Flora Kərimova Xəzər telekanalında yayımlanan "Ay Zaur" proqramının qonağı olub.

Yenisabah.az xəbər verir ki, sənətçi qələbə xəbərlərini gözyaşları ilə qarşıladığını deyib. O, yeganə arzusunun Şuşaya getmək olduğunu bildirib:

“Ancaq Şuşaya görə sevinsəydim eqoistlik olar. "Qarabağı qaytardıq" deyilsə, bəlkə bağrım çatlayacaq. O şad xəbərə dözə bilməzdim. Sizə qəribə gəlir ki, ağlayıram. 80 yaşım olacaq, vətənsiz, Qarabağsız ölmək istəmirəm. 80 yaş... Hər il, hər ay, hər dəqiqəm qazancdır. Əlim ora çatsın, anamın ruhundan, torpağımdan üzr istəyim”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!