Suyun qrafiklə verilməsi müvəqqətidir - “Azərsu“ 

saytların hazırlanması

Evə çatdırılma

Suyun qrafiklə verilməsi müvəqqətidir - “Azərsu“ 

Sosial

13 Mart 2023 14:22 855


Bakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır.

Yenisabah.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib. 

“Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Kürdən Bakıya gündəlik 900 litr su gəlir. Biz digər mənbələr hesabına - Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik. Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçirilir. Bu, fəaliyyətə deyil, təbiətə bağlı məsələdir”, - qurum rəsmisi bildirib.  pizza mizza

E.Məmmədov qeyd edib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!